Lənkəranskinin killerinə cinayət işi açıldı

12:08 | 12.08.2014
Lənkəranskinin killerinə cinayət işi açıldı

Lənkəranskinin killerinə cinayət işi açıldı

Rusiyada nüfuzlu avtoritet Rövşən Lənkəranskinin killeri və biznesinə nəzarət edən şəxs kimi tanınan “Çolaq Nazim” ləqəbli Nazim Hümbətovə qarşı cinayət işi açılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Hümbətovun işi ilə bağlı sənədlər artıq Moskva əyalət məhkəməsin təqdim edilib. “Çolaq Nazim” həmin materiallarla tanış olub və prokurorluq materialları məhkəməyə təqdim edib. O, “adamöldürmə” və “saxta sənəd hazırlamaq” maddələri ilə ittiham olunur. İlkin dinləmənin vaxtı isə hələ müəyyən edilməyib. Qeyd edək ki, Hümbətov 2003-cü ilin sentyabrında 4 azərbaycanlını güllələməkdə ittiham olunur. Əməliyyatçıların sözlərinə görə, onun Rusiya ərazisində onlarla qətldə əli ola bilər.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM