Leyla Əliyeva Şah İsmayıl Xətai ilə bağlı video paylaşdı - VİDEO

14:23 | 18.07.2014
Leyla Əliyeva Şah İsmayıl Xətai ilə bağlı video paylaşdı - VİDEO

Leyla Əliyeva Şah İsmayıl Xətai ilə bağlı video paylaşdı - VİDEO

“Bu gün Böyük azərbaycanlının doğum günüdür!”.

Bu gün Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi, türkcəmizə tarixdə ilk dəfə dövlət dili statusu verən Şah İsmayıl Xətainin doğum günüdür.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Bakı” jurnalının baş redaktoru Leyla Əliyeva Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində bu günlə bağlı video paylaşıb.

Video bu açıqlama ilə paylaşılıb:

“Bu gün Böyük azərbaycanlının doğum günüdür! Səfəvi sülaləsinin ən böyük nümayəndəsi və ilk şahı, klassik Azərbaycan şairi, Azərbaycan türkcəsini tarixdə ilk dəfə dövlət dili kimi istifadə edən Şah İsmayıl Xətai iyulun 17-də doğulub, xərçəng bürcüdür. Azərbaycan tarixi haqqında biliklərə yiyələnmək, mədəniyyəti, adət-ənənələrinə olan sevgi bir adamı əsl azərbaycanlı edir”.

Videonu təqdim edirik:

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM