Leyla Əliyevadan növbəti humanist addım

23:04 | 09.10.2014
Leyla Əliyevadan növbəti humanist addım

Leyla Əliyevadan növbəti humanist addım

Oktyabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılmış şəraitlə tanış olub. ANN.Az AzərTAc-a istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti məktəbin yeməkxanasında olub, burada şagirdlərlə birlikdə süfrə arxasında əyləşərək onlarla səmimi söhbət edib. 

Leyla Əliyevanın diqqətinə çatdırılıb ki, burada Azәrbaycanın bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa qәdәr uşaqlar tәhsil alırlar. Bölgələrdən gələn uşaqlar mәktәbin 120 nәfәrlik yataqxanasında qalırlar. Məktəb şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi avadanlıqla təmin edilib.

1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.

Şagirdlərə Heydər Əliyev Fondu tərəfindən yeni kompüterlər hədiyyə olunub.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində olub. Məlumat verilib ki, burada 204 şagird təhsil alır.

Leyla Əliyeva şagirdlərin ifalarını dinləyib.

***

Leya Əliyeva oktyabrın 9-da Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik sanatoriyasında da olub.

Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verilib ki, 50 çarpayılıq bu tibb müəssisəsinə uşaqlar xüsusi göndərişlə gəlirlər. Sanatoriyada stasionar və ambulator müayinədən sonra uşaqlar reabilitasiya məqsədi ilə sanator-müalicə prosesi keçirlər. 

Leyla Əliyeva uşaqlarla süfrə arxasında söhbət edib. Bildirilib ki, hazırda sanatoriyada 2 ay müddətinə 34 uşaq müalicə alır. Onlara 35 nəfərdən ibarət tibbi heyət xidmət edir. 

Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM