Leyla Əliyevanın adından yalan məlumat yayılıb - AÇIQLAMA

14:14 | 19.08.2014
Leyla Əliyevanın adından yalan məlumat yayılıb - AÇIQLAMA

Leyla Əliyevanın adından yalan məlumat yayılıb - AÇIQLAMA

Heydər Əliyev Fondu Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı açıqlama yayıb.

Fondun mətbuat xidmətindən daxil olan açıqlamada bildirilir ki, bəzi KİV-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin heyətinə müraciət yayılıb.“Məlumatda Leyla Əliyevanın Facebook sosial şəbəkəsindəki hesabı vasitəsi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət etdiyi bildirilir.Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, xəbərdə istinad olunan Facebook sosial şəbəkəsindəki hesab, eləcə də Fondun vitse-prezidentinin adından yayılmış müraciət Leyla Əliyevaya məxsus deyil.Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın adına Facebook sosial şəbəkəsində ayrı-ayrı şəxslər tərəfindən bir neçə hesab yaradılıb.Bununla əlaqədar bildiririk ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi bu ünvandadır: https://www.facebook.com/aliyevaleylaofficial, deyə açıqlamada bildirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti