Leyla və Arif Yunusların apellyasiya məhkəməsi olacaq

20:40 | 09.10.2015
Leyla və Arif Yunusların apellyasiya məhkəməsi olacaq

Leyla və Arif Yunusların apellyasiya məhkəməsi olacaq

Vəkil prosesin təxirə salınması üçün müraciər edəcək

Oktyabrın 13-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində hakimi cənab Vüqar Məmmədovun sədrliyi ilə Leyla Yunus və Arif Yunusun məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmündən verilən şikayət üzrə ilkin baxış iclası keçiriləcək.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Vəkil başqa bir prosesdə olduğundan ilkin iclasın təxirə salınması üçün teleqram göndərcəyini deyib: "Məlumat vermədikləri üçün həmin vaxta əvvəlcədən təyin edilmiş məhkəməm var. Ona görə iştirak edə bilməyəcəm və apellyasiya şikayətlərinə ilkin baxış iclasının təxirə salınması barədə teleqram göndərəcəm".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM