Leyla Yunus saxlanıldı

12:41 | 30.07.2014
Leyla Yunus saxlanıldı

Leyla Yunus saxlanıldı

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus saxlanılıb.Bu barədə APA-ya L. Yunusun həyat yoldaşı Arif Yunus məlumat verib.O, L. Yunusun tədbirə gedərkən naməlum şəxslər tərəfindən saxlanıldığını deyib: “Saat 11:45-də tədbirə gedərkən yanında bir maşın dayandı. Onu arxa tərəfdə əyləşdirdilər. İki nəfər yanında bir nəfər isə sürücünün yanında oturdu, sürüb getdilər. Hazırda telefonuna zəng çatmır”.

A. Yunus hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların mənzilinə gələrək qapını döydüklərini də bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM