Liseylərlə bağlı açıqlama

16:52 | 30.07.2014
Liseylərlə bağlı açıqlama

Liseylərlə bağlı açıqlama

Türk liseylərində təhsil alan 300 şagird başqa məktəblərə yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı açıqlama veriblər. İdarənin İctimaiyyətlə Əlaqələr sektorundan ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, bu prosses şagirdlər tam yerləşdirilənə qədər davam edəcək. “Ən çox müraciət olunan təhsil müəssisələri arasında 6 saylı məktəb və Zərifə Əliyeva adına liseyi göstərmək olar”.Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi şagirdlər tam yerləşdirilənə qədər davam edəcək.Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan 3200 şagirdin təhsili ilə 397 müəllim məşğul olub. İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM