Lökbatanda kütləvi zəhərlənməyə nə səbəb olub?

10:56 | 06.03.2014
Lökbatanda kütləvi zəhərlənməyə nə səbəb olub?

Lökbatanda kütləvi zəhərlənməyə nə səbəb olub?

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı araşdırmalar aparılır.Zəhərlənməyə ilkin ehtimal kimi qazın tərkibinə vurulan aderant maddəsinin miqdarının normadan artıq olması göstərilir. Amma hələki hadisə yerində baş verən ölüm faktına da məhz qazdan zəhərlənmənin səbəb olduğu dəqiq məlumat deyil.Movqe.az xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev dünən gecə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Vilayət Əsgərov küçəsində 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirərkən söyləyib.Azəriqaz rəsmisi bildirib ki, adernat adlı maddə mavi yanacağın tərkibinə həmişə vurulur:“Qaz qoxusuz olduğundan bu maddə qazın tərkibinə vurulur ki, iyi hiss olunsun. İlkin ehtimallar odur ki, bu maddə normadan artıq vurulduğundan zəhərlənməyə yol açıb. Amma hadisə yerində əhali də xofa düşmüşdü. Hələ ki, araşdırmalar davam edir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM