Bu gün televiziya və radio kanallarında bir sıra xəstəliklər üzrə xarici həkim-mütəxəssislərin Azərbaycanda müayinə və əməliyyat keçirəcəyi barədə verilən reklamlara tez-tez rast gəlirik. Bəzən insanlar həmin mütəxəssislərin həqiqətən də mütəxəssis olub-olmamasının fəqrinə varmadan reklam edilən özəl klinikalara və orada çalışan həkimlərə üz tuturlar.
Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik olunub: "Özəl tibb fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən özəl səhiyyə müəssisələri öz profillərindən kənar fəalliyyət göstərə bilməzlər. Qanunvericilikdə eyni zamanda, o da qeyd olunub ki, əgər hər hansı özəl tibb müəssisəsi xarici ölkədən mütəxəssis dəvət edirsə, mütləq öncədən Səhiyyə Nazirliyini məlumatlandırmalı, həmin mütəxəssisin sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməlidir. Nazirliyin o mütəxəssisin peşəkarlığına şübhəsi yoxdursa, onun Azərbaycana gəlməsinə razılıq verə bilər”.
Qeyd edək ki, artıq bir neçə ildir Səhiyyə Nazirliyində özəl tibb müəssisələrində yoxlamalar aparan Xüsusi Komissiya fəaliyyət göstərir. Bu cür halların qarşısını almaq üçün vətəndaş özü də səy göstərməli və üz tutduğu tibb müəssisəsində həmin həkim haqqında arayış və müqavilə tələb etməlidir. Xəstə həmin tibb müəssisəsi ilə müqavilə bağladıqdan sonra cavabdehlik birbaşa müəssisənin üzərinə düşür.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !