Ölkənin kərə yağı ixracı kəskin artıb

21:00 | 03.02.2025
Ölkənin kərə yağı ixracı kəskin artıb

Ölkənin kərə yağı ixracı kəskin artıb

2024-cü ildə ölkədən 78.4 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilib.  Bu da illik müqayisədə ixracı 11.2 dəfə çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  yanvar icmalında bildirilib.
 
2023-cü ildə Azərbaycandan 7 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilib.
 

Ötən il Azərbaycanda 29 min 64.2 ton kərə yağı istehsal edilib.

Dünyada kərə yağı qiymətləri ardıcıl olaraq artmaqda davam edir. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
 
FAO həmçinin bildirib ki, taxıl məhsulları qiymət indeksi bir ayda 2,7% azalıb, düyünün qiyməti 4%, şəkərin qiyməti isə 2,4% aşağı düşüb. Qlobal qarğıdalı qiymətləri isə sabit qalıb.

Ötən il Azərbaycanda 29 min 64.2 ton kərə yağı istehsal edilib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM