Ölümdən sonra həyat varmı?

21:08 | 09.10.2014
Ölümdən sonra həyat varmı?

Ölümdən sonra həyat varmı?

Elm adamları ölümdən sonra insan şüurunun itmədiyini kəşf edib. İngiltərə, ABŞ və Avstriyadakı 15 xəstəxanada infarkt keçirib və kiliniki ölümdən sonra geri qayıdan 2 min xəstə üzərində aparılan araşdırmanın nəticəsində məlum olub ki, xəstələrin 40%-nin beyni dayansa da şüuru itmir. İnfarkt keçirən 57 yaşında bir ingilis, ürəyi 3 dəqiqə dayanmasına baxmayaraq, həyata geri döndüyündə, ətrafındakı həkim və tibb bacılarının nə etdiklərini detallarıyla izah etməyi bacarıb.

Bəzi xəstələr "Hollywood" filmlərində olduğu kimi ağ parlaq işıq gördüyünü, bəziləri isə boğulmağa yaxın bir hiss yaşadıqlarını ifadə ediblər. Bəzi xəstələr isə qorxu, qarışıqlıq və istirahət kimi romantik hisslər yaşadıqlarını deyiblər. Araşdırmanı həyata keçirən beynəlxalq qrupun üzvü Dr. Sam Parnia, kliniki ölümdən ayılan xəstələrin bəzilərinin nəfəssiz qaldıqları üçün beyin şoku yaşadığını və ölüm anında yaşadıqlarını xatırlayacaq və izah edəcək vəziyyətdə olmadıqlarını bildirib. 

Xatırladaq ki, Raymond Moudi də "Ölümdən sonrakı həyat" kitabında kliniki ölüm keçirənlərin əksəriyyətinin işıqlı yol gördüklərini yazıb.

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM