Ölü öz dəfnində qohumlarını əyləndirdi - VİDEO

18:25 | 14.10.2019
İrlandiyanın Kilkenni qraflığında cənazədə qəbirdən səs eşidən matəm iştirakçıları gülməyə başlayıb.
İrlandiyalı veteran Şey Bredli uzun sürən xəstəlikdən sonra oktyabrın 8-də vəfat edib.
Cənazə zamanı qəbirdən yüksək səslər eşidilib: "Mən haradayam? Məni burdan çıxarın! Bura qaranlıqdır! Bu nədir? Keşişdir? Mən qutudayam! Orada yox, burada – sizin qarşınızda! Mən ölmüşəm”.

Hər kəs çaş-baş qalıb. Bundan sonra qəbirdən mahnı səsi gəlib:
"Zəng vurdum ki, vidalaşım”.
Cənazənin videosu tezliklə geniş yayılıb. Onu  Facebook”da İrlandiya Silahlı Qüvvələrinin bir qrup veteranının imzası ilə yayımlayıblar:
"Bu yaxınlarda bizdən hərbi və mülki yumorun fərqinin nə olduğunu soruşdular. Cavab sadədir: hərbidə yumor qara rəngdədir. 12 oktyabr Şey Bredlinin cənazəsi”.
Bredlinin qızı açıqlamasında irlandiyalı hərbiçinin mesajı ölümündən əvvəl yazdığını bildirib. Qeyd dinamiklər vasitəsilə səsləndirilib.
 


www.anews.az
loading...