Maduro geri addım atdı - Müxalifətlə razılaşma

20:47 | 29.01.2018
Maduro geri addım atdı - Müxalifətlə razılaşma

Maduro geri addım atdı - Müxalifətlə razılaşma

Venesuela Prezidenti Nikolas Maduro müxalifətlə saziş imzalamağa hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə "Universal” informasiya yayıb.

"Bu gün axşam sülh yolu tapmaq üçün hakimiyyətlə müxalifət arasında danışıqlara başlanılır. Buna görə də ölkənin rəhbəri olaraq deyirəm ki, hakimiyyət müxalifətlə saziş imzalamağa hazırdır”, - Maduro bildirib.

Qeyd edək ki, bir qədər əvvəl müxalif qüvvələr hakimiyyətlə masa arxasına əyləşmək üçün şəffaf seçki sisteminin yaradılmasını tələb etmişdilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM