Magistratura birincisi danışdı - MÜSAHİBƏ

11:25 | 05.03.2014
Magistratura birincisi danışdı - MÜSAHİBƏ

Magistratura birincisi danışdı - MÜSAHİBƏ

Bu il magistraturaya qəbul imtahanında 97 ballıq nəticə ilə respublika birincisi olan Şəhla Səmədlinin müsahibəsini təqdim edirik:

- İlk öncə magistraturaya necə hazırlaşmağınızdan, qəbul olunmağınızdan danışardınız?

- Magistraturaya əvvəl özüm hazırlaşmaq istəyirdim, amma sonra mənim informatikadan müəllimə ehtiyacım olduğunu gördüm. "Kainat" kursunda sınaqda iştirak elədim və burda 3-cü yeri qazandım. 3-cü yeri qazananda da 50 faiz güzəştə düşürdüm. Qərara gəldim ki, 3 fənnin 3-dən də hazırlaşım. Burda kollektiv çox mehriban idi. Əslində, deməzdim ki, aşağı yer gözləyirdim. Öz səviyyəmə arxayın idim. Çünki qəbulda da (bakalavr- red.) 690 bal yığmışdım və bilirdim ki, bu balı yığa bilərəm. Xəbəri eşidəndə gözlərim dolmuşdu həqiqətən də. İfadə olunmaz hisslər keçirdim.

- Hansı ixtisas idi? - Mexanika-riyaziyyat.- Niyə məhz bu ixtisası seçdiniz?- Müəllimlik elə də pis sənət deyil. Məncə müəllim olduğuma görə sevinməliyəm. Həmişə də deyilir ki, müəllimlik ən şərəfli peşədir və müəllim olduğum üçün peşman da deyiləm.

İlqar Ağakişiyev (Kainat Tədris Mərkəzinin rəhbəri):

- Əksinə müəllimlik gözəl sənətdir.

- Sevinirsiniz? Yoxsa gözlənilən idi sizin üçün?- Əlbəttə ki, sevinc olmalıdır. Respublika birincisi olmaq, ən yaxşı balı yığmaq, əlbəttə ki, sevinc doğurur. - Hardasa işləyirsiniz?- İnşallah, işləmək fikrim var. - Hələ ki, işləmirsiniz...

İlqar A.:

- Biz bu günlərdə Şəhla xanımı "Kainat" mərkəzində müəllim olaraq işə qəbul elədik, artıq bir dərs keçib. Şəhla xanım bu gündən bizim kursumuzun müəllimi olacaq.

 - Sizin uğurunuza valideyinlərinizin reaksiyası necə oldu?- Məncə atamla, anam təbii qarşıladı. Çünki, gözləyirdilər məndən bu nəticəni. Amma yenə də çox sevindilər.  - Bir gənc olaraq həmyaşıdlarınıza nəyi tövsiyyə edirsiniz?- (Gülür) Dərslərinə fikir versinlər. Düzdür, gənclik elə bir dövrdür ki, adamın başı başqa şeylərə qarışır, amma məncə elmə daha çox önəm versinlər. Çünki əlavə işlərə sonra vaxtları olacaq.

İlqar A.:

- Bir əlavə etmək lazımdır ki, üçüncü ildir, "Kainat"ın tələbələri respublika birincisi olur. Üç ildir bu uğur təkrarlanır. Keçən il iki tələbəmiz 97 balla respublika birincisi, ondan qabakı il də bir tələbəmiz yenə respublika birincisi olub. Artıq bu "Kainat" üçün bir ənənə halını alıb.

- Bu uğurunuza görə ən çox hansı müəlliminizə təşəkkür etmək istəyirsiniz?- Təbii ki, kursun rəhbərinə təşəkkür etmək lazımdır ilk nöbədə. Amma heç bir müəllimi o birindən ayıra bilmərəm. Çünki, hamısı əziyyət çəkiblər.  - Tədris mərkəzinə hansı sözləri demək istəyirsiniz?- İnşallah, mən də burda müəllim kimi çalışacam. Uğurları axarıncı olsun. Hazırladıqları tələbələrin səsi həmişə yüksək yerlərdən gəlsin.  Şəhla Səmədlinin müəllimlərinə sual ünvanlayırıq:- Siz öz tələbəniz, onun uğurları haqqında nə deyə bilərsiniz?

Afaq Hüseynova (məntiq):

- Şəhla ilk dərslərdən seçilirdi. Şəhlanın qrupu elə idi ki, bir qrupun içində o qədər güclü uşaqlar seçilmişdi ki, hətta biz qərar verə bilmirdik ki, hansı birinci olacaq. İmtahandan öncə biz fikirləşdik ki, kim birinci olacaq, qərar verə bilmədik, Şəhlamı, Yaqubmu, Elminmi, Musamı - hamısı 90 baldan yüksək nəticə göstəriblər. O ki, qaldı Şəhlaya, Şəhla digər tələbələrdən həmişə seçilirdi.

Ceyhun Əlioğlu:

- Bizim bildiyimizə görə respublikada 24 min nəfərdən 8 nəfər 90 üzəri bal toplayıb, 6-sı "Kainat"ın tələbəsidir. Bu da bu kollektivin hünəridir. Şəhla deməsə də mən elə bilirəm ki, əsas pay sahibi: 50 sual məntiqdir, 25-25 o biri fənnlər.

- Əlbəttə ki, müəllimlərin də valideyinlərin də çox böyük əməyi var. Amma hər insanın içində təkanedici bir qüvvə var ki, müəllim onu görməsə, tələbə heç vaxt heç nə edə bilməz. Sizin üçün təkanverici qüvvə nədir?

Şəhla Səmədli:

- Mən qəbulda da qarşıma məqsəd qoymuşdum ki, 700 bal yığacam, 700 yığmasam da 690 yığdım. İnsanın mütləq məqsədi olmalıdır ki, bu balı yığmalıyam. Burda da demirəm ki, məqsədim 100 olub, ən azından 99-100 bal yığmaq məqsədim olub. Bizim qrup da çox güclü idi. Mən görürdüm ki, o biri uşaqlar nəyisə yazıb, mən yaza bilməmişəmsə, deyirdim ki, yox, mən də yazacam. İstər-istəməz rəqabət olur. Həm də deyə bilərəm ki, isdedad da böyük rol oynayır. Təvazökarlıqdan uzaq olur mən özümü isdedadlı adlandırsam... Amma ətrafımdakılar elə deyirlər.

İlqar A.:

- Bizə heç bir adiyyatı olmayan iki komandanın futbol oyununa baxmaq istəyirik, maraqlı deyil... Amma siz hansısa birinin yerinə 1 manat pul qoyun, siz oyuna sonuna qədər həvəslə baxacaqsınız. Əslində bizim ən böyük uğurumuz, uşaqlar arasında rəqabət mühitini yaratmağımızdadır. Bir sıra imtahanların nəticəsi açıqlananda onun qarşısı tələbə ilə dolu olur. Hamı bir-birinin balı ilə maraqlanır. Qalanını isə özləri eləyirlər. Biz o şəraiti yaradırıq. Biz də bir şeyləri öyrədə bildiksə nə mutlu bizə. Həmişə tələbələrə dediyimiz bir şey var: tələbələrimizin qazandığı uğur bizim üçün şərəf məsələsidir. Biz məsələyə həmişə belə yanaşmışıq. Onlar özləri üçün uğur qazanırlar, biz onların hesabına şərəf qazanırıq. Bu gördüyünüz iki tələbə (fotonu göstərir- red.), bunlar keçən ilki birincilərdir. 97 balla onlar hər ikisi keçən il birinci olublar. Şəhla da qarşınızdadır... Mən elə düşünürəm ki, bu kollektiv dağılmasa, belə sağlam qalsa biz hələ uzun illər bu sahədə lider olacağıq. Çox xoşbəxtik. Şəhlanın 97 bal topladığını görəndə Afaq xanımın keçirdiyi hisləri görmək lazım idi. Sözlə ifadə etmək mümkün deyil. Tələbələrimizə də çox minnətdarıq.//Etatist.com

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM