Magistraturaya sənəd verənlərin NƏZƏRİNƏ!

11:33 | 27.02.2014
Magistraturaya sənəd verənlərin NƏZƏRİNƏ!

Magistraturaya sənəd verənlərin NƏZƏRİNƏ!

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib.TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gündən bakalavrlar rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap edə bilər. İş nömrəsi və şifrini itirmiş bakalavrlar ödəmə kartını aldığını telefon nömrəsindən 2 yazıb 7745 nömrəsinə göndərməlidir. Ödəmə kartını internet ödəmə vasitəsi ilə əldə edib sonradan həmin iş nömrəsi və şifri itirən bakalavrlar Bakı şəhərində TQDK-nın əsas binasına yaxınlaşmalıdır. Regionlarda yaşayanlar vətəndaşlar isə qeyd etdiyimiz məsələ ilə bağlı TQDK-nın regional bölmələrinə müraciət edə bilərlər. Qeyd edək ki, imtahana gələrkən “Bakalavrın imtahana buraxılış vərəqi”ni və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlidir. Ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanlarının birinci mərhələsi martın 2-də keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM