Mahir Emreli Polşada daha bir qol vurdu - Video
 
            Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
"Qafqazinfo" xəbər  verir ki, Varşava təmsilçisi səfərdə  aşağı liqa klubu "Suvalki” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn "Legiya" növbəti mərhələyə yüksəlib.
Mahir də bu görüşdə iştirak edib. O, 56-cı dəqiqədə meydana daxil olub. Millimizin üzvü 80-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Emrelinin Polşa kubokunda ilk qoludur.
"Suvalki" - "Legiya" - 1:3
Qollar: Miçalski, 40 (1:0), Kostors, 42 (1:1), Kastrati, 65 (1:2), Emreli, 80 (1:3)
www.anews.az
Oxşar xəbərlər                    
                
Oxşar xəbərlər                
                 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    