Mais Qurbanovu güllələyən qadın tutuldu

12:31 | 13.11.2013
Mais Qurbanovu güllələyən qadın tutuldu

Mais Qurbanovu güllələyən qadın tutuldu

Rusiya Miqrantlar Federasiyasının rəhbərlərindən biri olan azərbaycanlıya hücumda şübhəli bilinən qadının 24 yaşı varRusiya Miqrantlar Federasiyasının rəhbərlərindən biri olan azərbaycanlı Mais Qurbanova silahlı hücumda şübhəli bilinən şəxs yaxalanıb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, polis silahla atəş açmaqda şübhəli bilinən qadını ötən gün axşam saatlarında saxlayıb."Həyata keçirilən tədbirlər nəticəsində ötən axşam saat 20:00-da (Bakı vaxtı ilə 21:00) Novokosinskaya küçəsi, ev 28-də cinayəti törətməkdə şübhəli bilinən qadın yaxalanıb. O, 1989-cu il təvəllüdlüdür", - deyə hüququ mühafizə orqanlarındakı mənbə bildirib.Rusiya daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib. Lakin bu barədə ətraflı məlumat verilməyib.M.Qurbanov Novokosino rayonundakı evinin girişində silahlı hücuma məruz qalıb. O, giriş qapısının kodunu yığaraq açmaq istərkən arxadan yaxınlaşan slavyan görünüşlü qız atəş açaraq yoluna davam edib. Yaralı M.Qurbanov isə yaxınlıqdakı kafeyə kimi gedərək kömək istəyə bilib.Baş verən hadisə binanın təhlükəsizlik kamerası vasitəsilə lentə alınıb. 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb