• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Maliyyə hesabatını təqdim etməyən QHT-lər inzibati qaydada tənbeh olunacaq- Nazirlik

Maliyyə hesabatını təqdim etməyən QHT-lər inzibati qaydada tənbeh olunacaq- Nazirlik
02.04.2024 10:36
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə görə, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.


Müraciətdə həmçinin deyilir ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib: "Bundan başqa, Nazirlik QHT-lərdən illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlayıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.


Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.


Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:


Tel: 404 46 99, daxili nömrələr - 129 Sevinc Məmmədova, 469 Günay Mamedova, 287 Gəray Məmmədov".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Yeni icra başçısı köməkçisiniişdən çıxarıb
Cəmiyyət 10:48
Yeni icra başçısı köməkçisiniişdən çıxarıb

Emin Əmrullayev özbəkistanlı həmkarı ilə görüşüb
Cəmiyyət 10:42
Emin Əmrullayev özbəkistanlı həmkarı ilə görüşüb
TƏBİB partlayışda yaralananların vəziyyətini açıqlayıb
Cəmiyyət 09:25
TƏBİB partlayışda yaralananların vəziyyətini açıqlayıb
Bakıda yanğın olub - Xəsarət alan var
Cəmiyyət 09:16
Bakıda yanğın olub - Xəsarət alan var
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol