Maliyyə pozuntusunda adı hallanan sabiq rəis danışdı

14:24 | 09.07.2014
Maliyyə pozuntusunda adı hallanan sabiq rəis danışdı

Maliyyə pozuntusunda adı hallanan sabiq rəis danışdı

“Azərbaycan Dəmir Yolları” QSC-nin tibb xidmətinin sabiq rəisi Saday Zeynalov bəzi media səhifələrində maliyyə pozuntusunda adının hallanması ilə bağlı xəbərlərə münasibət bildirib.AzNews.az-a açıqlama verən S. Zeynalov bildirib ki, vəzifəsindən öz ərizəsi ilə çıxıb, hazırda isə “Bakı Metropoliteni” QSC sədrinin sosial məsələlər üzrə müavini vəzifəsini icra edirəm.S. Zeynalov qeyd edib ki, tibb xidmətinin rəisi olduğu dövrdə rəhbərlik etdiyi qurumda ciddi maliyyə pozuntusunun olması haqda məlumatlar əsassızdır: “Mənim rəis olduğum illərdə heç bir maliyyə pozuntusu aşkarlanmayıb və həmin dövrdə də Maliyyə Nazirliyi tərəfindən dəfələrlə yoxlamalar aparılıb. Amma heç bir nöqsan aşkarlanmayıb. İndi isə kimsə götürüb, nə isə yazır. Ciddi olmayan xəbərlərə cavab verə bilmərəm”.“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə açıqlmasında Hesablama Palatasının hazırda da QSC-nin tibb xidmətində yoxlama apardığını təsdiqləyib: “Hazırda tibb xidmətində Hesablama Palatası tərəfindən yoxlama davam etdirilir. Yoxlama başa çatmamış nəticələr barədə ictimayyətə hər hansısa məlumat verə bilmərik”.Xatırladaq ki, musavat.com saytının yaydığı məlumata görə, Hesablama Palatası auditorları “Azərbaycan Dəmir Yolları” QSC-nin tibb xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıb. Təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb.Mənbənin məlumatına görə, bu işlərin hamısı QSC-nin tibb xidmətinin sabiq rəisi Saday Zeynalovun dövründə qeydə alınıb. Bütün əməliyyatlar onun imzası ilə həyata keçirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM