Martda 8 gün bayram edəcəyik

14:50 | 07.03.2018
Martda 8 gün bayram edəcəyik

Martda 8 gün bayram edəcəyik

Sabah ölkə ərazisində qeyri iş günüdür. Belə ki, 8 Mart- Beynəlxalq qadınlar günü qeyd ediləcək. 

Ümumiyyətlə mart ayında bayramlarla əlaqədar 8 gün iş olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

Yaz fəslinin növbəti qeyri-iş günləri isə 11 aprel (növbədənkənar seçki), 9 May (Faşizm üzərində Qələbə) və 28 Maya (Respublika günü) təsadüf edir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM