Masallıda faciə: 3 uşaq öldü

20:50 | 02.07.2014
Masallıda faciə: 3 uşaq öldü

Masallıda faciə: 3 uşaq öldü

 Masallı rayonunun Tiyəqani kəndində bədbəxt hadisə baş verib.APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 16:00 radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar. Uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılıb valideynlərinə təhvil veriliblər. Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM