Masallıda müəllimlərin etirazı - Maaşlar niyə verilmir?

15:50 | 25.02.2014
Masallıda müəllimlərin etirazı - Maaşlar niyə verilmir?

Masallıda müəllimlərin etirazı - Maaşlar niyə verilmir?

Masallı rayonunda müəllimlər maaşlarını almaqda problemlə üzləşiblər. Bu barədə Qaynar.info-ya Masallıdan məlumat daxil olub. Onlar bildirirlər ki, məvaciblər köçürülsə də, bankomatlarda pul olmadığından maaşlarını götürə bilmirlər: "Bu, birinci dəfə deyil. Biz hər dəfə eyni problemlə üzləşirik. Maaşları bankomatlara köçürürlər, amma bir həftə gözləməli oluruq ki, bankomatlara pul köçürülsün. Pul gec köçürüldüyündən bankomatlarda da basabas yaranır. Günlərlə gözləməli oluruq. Bununla bağlı bir neçə dəfə rayon Təhsil Şöbəsinə və İcra Hakmiyyətinə müraciət də etmişik, lakin heç bir tədbir görülməyib".Mövzu ilə bağlı rayon təhsil şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, heç bir məlumat ala bilmədik. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM