Masallıda tapılan qartal müalicə olunub

18:19 | 09.01.2018
Masallıda tapılan qartal müalicə olunub

Masallıda tapılan qartal müalicə olunub

Masallıda tapılmış qartal Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

Bu barədə anews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, qartala müvafiq yardım göstərilib. Reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.

Xatırladaq ki, yanvarın 8-də Masallıda rayonunun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb. Qartal bir qanadından yaralı olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti