"Maşın şou"da surpriz adlar – FOTOLAR

21:04 | 26.09.2019
Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən etibarən ölkənin ən reytinqli layihəsi olan "Maşın” realiti-şousu start götürəcək. 18-ci sürət "Əsl maskarad bundan sonra başlayacaq!” devizi altında reallaşacaq.
4 gündən sonra başlayacaq şounun 18 məşhur iştirakçısının adları gizli saxlansa da, bəzi yarışmaçıların kimliyi bəlli olub.
Metbuat.az xəbər verir ki, onlarda biri meyxanaçı Pərviz Bülbülə ilə birgə oxuduğu duetdən sonra məşhurlaşan ifaçı Türkan Vəlizadədir. Bu onun sözügedən yarışda ilk iştirakı olacaq.

Digər məşhur sima isə rəqqasə Fatimə Fətəliyevadır. Sənətçi 2006-cı ildə "Maşının” 5-ci sürətində iştirakçı kimi olub. "Payız əfsanələri” devizi altında keçirilən şouda rəqqasə səs toplamayaraq yarışı tərk edib.

Müsabiqədə iştirak edəcək digər tanınmış isə Fuad Musayevdir. Bu onun realiti-şouda ilk iştirakıdır.

Şouda ilk dəfə yarışacaq simalardan biri isə meyxanaçı Aqşin Fatehdir.
(primetime.az)

www.anews.az
loading...