Masonların ustadı deputatlığa namizədliyini verdi

12:12 | 17.07.2014
Masonların ustadı deputatlığa namizədliyini verdi

Masonların ustadı deputatlığa namizədliyini verdi

Andrey Boqdanov prezident seçkilərində də namizədliyini irəli sürmüşdü
Dünya  Rusiya Böyük mason lojasının ustadı, Rusiya Demokrat partiyası mərkəzi komitəsinin sədri Andrey Boqdanov Altay respublikası Dövlət Məclisinə deputatlığa namizədliyini verəcək. ANS PRESS-in məlumatına görə, Andrey Boqdanov Sosial Ədalət Kommunist partiyasından namizədliyini irəli sürəcək. 
Altay parlamentinə seçkilər sentyabrın 14-də keçiriləcək. Elə həmin gün Altay respublikasının başçısı seçiləcək.
Qeyd edək ki, Andrey Boqdanov 2007-ci ildən Rusiya Böyük mason lojasının ustadıdır. O, 2008-ci ildə Rusiyada keçirilən prezident seçkilərində də namizədliyini irəli sürmüşdü.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM