Maydanda azərbaycanlılar var?

13:09 | 19.02.2014
Maydanda azərbaycanlılar var?

Maydanda azərbaycanlılar var?

“Maydanda azərbaycanlı tələbələr olmaması barədə yayılan xəbərlər cəfəngiyyatdır. Bu məlumatları verən şəxslərin özlərinin heç bir şeydən xəbərləri yoxdur”. Bunu ANS PRESS-ə açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib. O, qeyd edib ki, Maydanda azərbaycanılıların olmaması barədə kimsə reklam xarekterli məlumat veribsə, bu gülməli haldır: “Bundan heç kəs xəbər tuta bilməz. Belə məlumatlar Azərbaycana tez-tez ötürülür”.H.Cavadov qeyd edib ki, Kiyevdə olan soydaşlarımızdan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisinə tez-tez zənglər daxil olur. Vilayətlərdən gələn zənglərdə Kiyevə gələn azərbaycanlılar barəsində məlumat öyrənirlər. Birləşmiş Diasporunun sədrinin sözlərinə görə, bu gün nümayəndələri Maydana gedib araşdırma aparacaqlar. Ondan sonra hadisələr zamanı azərbaycanlılar arasında xəsarət alan və almayan soydaşlarımız barədə məlumat veriləcək. "İnsanların çox olduğu yerlərdə mobil telefonlar vasitəsi ilə əlaqə saxlamaq çox çətin məsələdir.İştişaşlar baş verən yerlərdə əksər hallarda mobil telefonlar çalışmır”.H.Cavadov Ukraynada baş verən iğtişaşlarla əlaqədar olaraq soydaşlarımıza xəbərdarlıq edildiyini də sözlərinə əlavə edib. O, bildirib ki, dəfələrlə Ukraynadakı Azərbaycan Səfirliyi və rəhbərlik etdiyi qurum tərəfindən soydaşlarımıza təhlükəsizlik qaydaları barədə məlumatlar verilib. "Maydanda da olan soydaşlarımız vaxtaşırı bizim ofisə gəlirlər və biz onlara lazımı köməkliyi göstəririk".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM