Mübariz İbrahimovun son döyüşünün videogörüntüləri yayıldı

12:38 | 04.03.2014
Mübariz İbrahimovun son döyüşünün videogörüntüləri yayıldı

Mübariz İbrahimovun son döyüşünün videogörüntüləri yayıldı

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Qarabağda cəbhə xəttini keçərək ermənilərə divan tutmasının əks-sədası hələ də davam edir. İşğal edilmiş torpaqlarda və İrəvanda məskunlaşmış ermənilərin Mübariz İbrahimovun adı gəldiyində yenə də həmin həyacanı keçirdikləri də şübhəsizdir. Amma şəhid qəhrəmanımızla bağlı yeni-yeni məlumatlar da üzə çıxır. JAM.Az xəbər verir ki, Krasnodarda yaşayan ermənilərin iddiasına görə, Mübariz İbrahimovun son döyüş səhnəsi təsadüf nəticəsində videolentə alınıb. Onların bildirdiyinə görə, döyüş gedən ərazidə quraşdırılmış təhlükəsizlik kamerası vasitəsi ilə çəkilmiş həmin görüntülər sonradan Qarabağda hərbi qulluqda olmuş əsgərlərdən bir neçəsinin əlinə düşüb. Bir xeyli müddət həmin görüntüləri gizli saxlayan erməni əsgərlər Rusiyada məskunlaşdıqdan sonra onu üzə çıxarıblar. Məlumatlarda qeyd olunur ki, həmin görüntülər hazırda Rusiyada yaşayan ermənilərin mobil telefonlarında əldən-ələ gəzir. Orada konkret olaraq nələrin təsvir olunduğu barədə isə əlavə məlumatlar əldə etməyə və görüntüləri əldə etmək üçün çalışırıq. Onu da bildirək ki, bu iddia da ola bilər. Məlumatın nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün mümkün imkanlarımızdan istifadə etməkdəyik. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM