Mübariz Mənsimovdan ermənilərə MESAJ

12:37 | 27.11.2013
Mübariz Mənsimovdan ermənilərə MESAJ

Mübariz Mənsimovdan ermənilərə MESAJ

“Türkiyə prezidenti Abdullah Gülün Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə verdiyi ziyafətdə mən də var idim. Bir Azər türkü olaraq çox xoşbəxtəm. Bu gün artıq bu iki dövlətin yalnız şüarlarla deyil, həqiqətən bir millət olduğunu görürük”.

Lent.az-ın məlumatına görə, bunu “Milliyet” qəzetinə müsahibəsində “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov deyib.

 

Azərbaycanlı iş adamı bildirib ki, son 3 ildə ölkəmizdən Türkiyəyə 17 milyard dollar sərmayə qoyulub: “Bilirsiniz ki, prezident İlham Əliyevin siyasəti çox şəffafdır. İstəyir ki, türkiyəli iş adamları da Azərbaycandakı layihələrə sərmayə qoysunlar. Eynilə azərbaycanlı iş adamları Türkiyədə biznes qursunlar”.

 

Mənsimov Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, Türkiyənin Ermənistanla sərhədlərini asanlıqla açacağına inanmır: “O sərhədi türk xalqı qapatdı. Baş nazir Rəcəb Tayyib Ərdoğan da “Qarabağ problemi çözülməsə, o sərhəd açıla bilməz” deyib. Təbii ki, Qarabağ münaqişəsi həll edilsə, sərhəd açılmalıdır, niyə də yox?”

 

Hərbçi ailəsindən olduğunu xatırladan həmyerlimiz ermənilərə mesaj da göndərib: “Özüm hərbçi ailəsindən olsam da, bir şeyi bilirəm ki, heç bir savaşdan heç kim xeyir görə bilməz. Azərbaycan torpaqlarını qaytarmaları hər şeydən əvvəl ermənilər üçün yaxşı olar. Ermənistanın Azərbaycanla, Türkiyə ilə ticarət əlaqələri inkişaf edər. Fağır durumdakı Ermənistan daha xoşbəxt həyat yaşayar. Bir lobbi izn vermir ki, bu iş dostluqla, anlaşma ilə bitsin. Düşmənlik, kin yaxşı şey deyil”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM