Müdafiə naziri cəbhədəki vəziyyətdən danışdı

20:46 | 26.04.2014
Müdafiə naziri cəbhədəki vəziyyətdən danışdı

Müdafiə naziri cəbhədəki vəziyyətdən danışdı

Zakir Həsənov İran və Braziliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.
Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.
ANN.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfərinin nəticələri müzakirə edilib, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.
Müdafiə naziri həmçinin Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santiaqo Luis Bento Fernandez Alkasarı qəbul edib.
Görüşdə ölkələrimiz arasındakı münasibətlər, regional problemlər və bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli hərbi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti