Müdafiə Nazirliyi mətbuata müraciət etdi: “Düşmən kəşfiyyatı yatmayıb!”

16:14 | 06.08.2014
Müdafiə Nazirliyi mətbuata müraciət etdi: “Düşmən kəşfiyyatı yatmayıb!”

Müdafiə Nazirliyi mətbuata müraciət etdi: “Düşmən kəşfiyyatı yatmayıb!”

“Sosial şəbəkə istifadəçilərinə, kütləvi informasiya vasitələrinə dəfələrlə müraciət etmişik. Yenə də müraciət edirik ki, düzgün məlumatı Müdafiə Nazirliyinin rəsmi internet səhifəsindən ala bilərsiniz. Belə şeylərə yol verməyin”.
Bunu Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Dərgahlı kütləvi informasiya vasitələrinin cəbhədən dezinformasiya yaymalarına münasibət bildirərkən söyləyib.
V. Dərgahlı haqlı olaraq bildirib ki, düşmən bizim hər bir informasiyamızdan istifadə edir. 
“Sosial şəbəkələrdə hərbi hissələrin dislokasiya yerləri, hərbi texnikanın hərəkəti, hərbi hissələrin komandanları haqqında fərdi məlumatlar, ad, soyadları, hərbi rütbələri, vəzifələri göstərilmək şərtilə məlumatlar yerləşdirilir. Bəzi kütləvi informasiya vasitələri də bunu öz mətbuat orqanında yayımlayır. Biz dəfələrlə tövsiyyə edərək bildirimişik ki, belə hərəkətlərə yol vermək olmaz. Bu ilk növbədə Azərbaycan milli maraqlarına olan zərbədir. Eyni vaxtda silahlı qüvvələrimizə qarşı aparılan təxribat xarakterli məlumatlardır. Maraqlıdır ki, bu məlumatları yayanlar kimlərdir, onların arxasında kimlər dayanır?”.
“Müdafiə Nazirliyi olaraq bir daha tövsiyyə edirik ki, bir məlumatı tirajlamadan öncə ehtiyatlı olsunlar və bu məsələlərdə dövlətçilik, milli maraqlardan çıxış etsinlər. Hər bir “yazan”ın - hamısına jurnalist demək çətindir - vətəndaşlıq mövqeyindən çıxış etməsini xahiş edirik”-deyə V.Dərgahlı bildirib.
Nazirlik rəsmisi son olaraq “düşmən kəşfiyyatı yatmayıb”,- deyə vurğulayıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM