Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi

17:32 | 27.11.2013
Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi

Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi

Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına yeni rəis təyin edilib.APA-nın məlumatına görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllimi, polkovnik-leytenant Füzuli Abbasov Hərbi Nəşriyyatın rəisi təyin olunub. Qeyd edək ki, bir müddət əvvəl Zakir Həsənovun imzaladığı əmrlə Hərbi Nəşriyyatın rəisi polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM