Müdafiə Nazirliyindən tanklarla bağlı açıqlama

16:01 | 16.02.2014
Müdafiə Nazirliyindən tanklarla bağlı açıqlama

Müdafiə Nazirliyindən tanklarla bağlı açıqlama

Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin əleyinə yönəlmiş kampaniyalar barəsində açıqlama verilib. 

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan ordusuna qarşı hər hansı kampaniyadan belə söhbət gedə bilməz: “Ordu hamımızın güvənc yeri, qürur mənbəyidir”,- deyə Nazirliyin mətbuat xidmətindən göndərilən məlumatda qeyd olub.

Xatırladaq ki, bir neçə gün öncə bir sıra dünya KİV-lərində “Azərbaycan tanklarını cəbhə xəttinə yığır” kimi yazılar dərc olunmuşdu. Həmin vaxt Müdafiə Nazirliyi məsələyə aydınlıq gətirərək bunları təkzib etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, bu fikirlər həqiqətə uyğun deyil: “Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır”,- deyə Nazirlikdən göndərilən məlumatda vurğulanmışdı.

Məsələ o zaman bir sıra yerli ekspertlər tərəfindən Azərbaycan silahlı qüvvələrinə qarşı yönəldilmiş kampaniya kimi dəyərləndirilmişdi. Lakin Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bunları kampaniya kimi yox, qeyri-səhih jurnalistika məhsulu kimi dəyərləndirir. 

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM