Məcburi köçkünlər BQXK-nin qarşısına toplaşdı - VİDEO

19:44 | 23.07.2014
Məcburi köçkünlər BQXK-nin qarşısına toplaşdı - VİDEO

Məcburi köçkünlər BQXK-nin qarşısına toplaşdı - VİDEO

Kəlbəcər sakinləri girovların taleyinə aydınlıq gətirilməsini tələb ediblərErmənistan tərəfinin Kəlbəcərdə girov saxladığı azərbaycanlıların aqibətinə aydınlıq gətirməməsi ölkədə etirazlarla nəticələnib.ANS TV-nin məlumatına görə, ötən gün Bərdə də baş tutan aksiyanın ardınca, bir qrup Kəlbəcər sakinləri Beynəlxalq Qızıl Xaç komitəsinin Bakı nümayəndəliyinin qarşısında etiraz edib.

Əllərində Azərbaycan bayrağı və girov götürülənlərin şəklini tutan məcburi köçkünlər Qızıl Xaç Komitəsini fəaliyyətsizlikdə, bu müddət ərzində heç bir iş görməməkdə ittiham edib.

Öz doğma torpaqlarında girov düşən vətəndaşlarımıza azadlıq tələb ediblər.Qətnamənin oxunmasından sonra, 4 nəfər nümayəndə Qızıl Xaç Komitəsində qəbul olunub.Komitədən əmin edilib ki, hazırda girovlarla görüş üçün danışıqlar gedir, həmçinin girov düşən 3 nəfər Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun sağ-salamat olması barədə məlumatlar dəqiqləşdirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM