Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.
Hakim Ədalət və İnkişaf Partiyasının Manisa əyalətindən olan deputatı Müzzəfər Yurtdaş hadisə nəticəsində 20 nəfərin öldüyünü bildirib: “20 nəfər tüstüdən zəhərlənmədən və aldıqları xəsarətlərdən keçinib”.
“Hurriyet” qəzetinin məlumatına görə, qəza yerin altında, 2000 metr dərinlikdə baş verib. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. Partlayışdan sonra şaxtada yanğın baş verib.
Partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir, çoxlu sayda “təcili yardım” maşını cəlb olunub.
* * * *
Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 19 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatı nəticəsində 20 fəhləni uçqunun altından çıxarmaq mümkün olub. Məlumata görə, yerin altında 200-300-dək fəhlənin qaldığı ehtimal olunur.
İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik təchizatında baş vermiş nasazlıq olub.
Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtadan çıxmasında problem yaranıb.
Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !