Mədət Quliyevdən Gülər Əhmədova ilə bağlı açıqlama

11:51 | 25.02.2014
Mədət Quliyevdən Gülər Əhmədova ilə bağlı açıqlama

Mədət Quliyevdən Gülər Əhmədova ilə bağlı açıqlama

“Gülər Əhmədovanın həyatına heç bir təhlükə yoxdur”.APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib: “Bazar günü Gülər Əhmədovanın vəkili belə bir açıqlama ilə çıxış edib ki, guya qadın koloniyasına köçürülsə, onu təhlükə gözləyir. Bu məlumat yayılan kimi dərhal tapşırıq verdim və o məsələni araşdırdılar. Nəticədə məlum oldu ki, bu, həqiqətə uyğun məlumat deyil. Gülər Əhmədovanın həyatına hər hansı təhlükə yoxdur”. M. Quliyev deyib ki, Penitensiar Xidmət hər bir məhkumun həyatına zəmanət verir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM