Məhkəmə anaya körpəsinə süd verməyi qadağan etdi - Bakıda

15:42 | 24.04.2014
Məhkəmə anaya körpəsinə süd verməyi qadağan etdi - Bakıda

Məhkəmə anaya körpəsinə süd verməyi qadağan etdi - Bakıda

Bakının Xəzər rayon Məhkəməsində baxılan boşanma işi zamanı hakim anaya öz körpəsinə süd verməyi qadağan edib.

“Qafqazinfo”nun məlumatına görə, ananın hələ subay ikən HİV-ə yoluxduğu ilə bağlı məlumatı olsa da,  bunu ərindən gizlədib. Cütlüyün övladı dünyaya gələndən sonra ər arvadının HİV-ə yoluxduğunu öyrənib. Arvadının yalanını üzə çıxaran ər məhkəmədə HİV daşıyıcısı olan həyat yoldaşına qarşı boşanma iddiası qaldırıb.Boşanma işinə baxan hakim qadının HİV-ə yoluxduğunu və körpənin də ana südündən HİV-ə yoluxa biləcəyi təhlükəsini nəzərə alaraq, qadına körpəsini əmizdirməyi qadağan edən qərardad çıxarıb.Beş aylıq olan körpə bundan sonra anasının südünü əmməkdən məhrum olacaq.Hazırda boşanma iddiası üzrə iş davam edir.Qeyd edək ki, Qan testi nəticəsində ərin və körpənin HİV-ə yoluxmadığı məlum olub.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti