Məhkəmə hakimlərinin vəzifə müddəti azaldıldı

14:30 | 30.12.2014
Məhkəmə hakimlərinin vəzifə müddəti azaldıldı

Məhkəmə hakimlərinin vəzifə müddəti azaldıldı

Azərbaycanda ilk dəfə seçilən məhkəmə hakimlərinin vəzifə müddəti azaldılıb.

ANN.Az "Report”a istinadən xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında” qanunun 96-cı maddəsinə dəyişiklik edilib.

Milli Məclisdə müzakirə olunan dəyişiklər layihəsinə görə, hüquqşünaslar hakim vəzifəsinə ilk dəfə üçün 3 il müddətinə təyin oluna biləcəklər. Hazırda bu müddət 5 ildir.

Maddəyə təklif edilən digər dəyişikliyə görə, Ali Məhkəmə hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün isə 66 yaş müəyyən olunur. Hazırda isə ümumilikdə bütün məhkəmə hakimlərinin son yaş həddi 65-dir.

Layihə müzakirələrdən sonra qəbul edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM