Məhkum özünü doğradı - Bakı Ağır Cinayətlər Məhkəməsində

17:37 | 12.08.2014
Məhkum özünü doğradı - Bakı Ağır Cinayətlər Məhkəməsində

Məhkum özünü doğradı - Bakı Ağır Cinayətlər Məhkəməsində

Bir neçə dəqiqə əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərdən biri hökm oxunduqdan sonra özünü doğrayıb.Virtualaz.org saytının məhkəmə binasında olan müxbiri xəbər verir ki, bir neçə dəqiqə əvvəl başa çatan məhkəmə prosesindən sonra artıq məhkum olan Məmmədov Seymur Həmzə oğlu özünü doğrayıb.Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə S.Məmmədova 14 il 6 ay iş verilib. Məhkəmə salonundan çıxarılan zaman S.Məmmdov özünü doğrayıb.S.Məmmədovun vəkili Nüşabə Ağayeva bildirib ki, təcili yardım maşını çağırmaq istəyiblər. Lakin ona S.Məmmədovun vəziyyətinin yaxşı olduğunu və təcili yardıma ehtiyac olmadığını söyləyiblər.

14 il 6 ay iş alan məhkumun Murad adlı qardaşı da xuliqanlıq əməli törətdiyindən 4 il azadlıqdan məhrum edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM