Mehriban Əliyeva dünya şöhrətli aktrisa Ornella Muti ilə görüşüb - FOTOLAR

00:14 | 18.12.2013
Dekabrın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşüb.Azərbaycanın birinci xanımı qonağı salamlayaraq onu Bakıda görməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində gördüyü işlərdən danışdı.İtaliyada Azərbaycanın birinci xanımı ilə görüşlərini məmnunluqla xatırlayan Ornella Muti "Crystal Hall"da onun aparıcılığı ilə keçiriləcək "San-Remo festivalının ulduzları Bakıda" adlı konsert proqramı haqqında məlumat verdi.Bir il bundan əvvəl Bakıda olduğunu bildirən aktrisa şəhərimizin daha da gözəlləşdiyini söylədi. Ornella Muti Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd etdi.ANN.Az
loading...