Məkkəyə Həcc ziyarətinə 1,3 milyondan çox zəvvar gedib

10:29 | 21.09.2015
Məkkəyə Həcc ziyarətinə 1,3 milyondan çox zəvvar gedib

Məkkəyə Həcc ziyarətinə 1,3 milyondan çox zəvvar gedib

 Səudiyyə Ərəbistanı bu il Həcc əməllərində iştirak edəcək zəvvarların qəbulunu başa çatdırıb. Məkkəyə gələn müsəlmanların sayı 1,3 milyon nəfəri ötüb.

"Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Pasport Nəzarət Xidmətinin baş direktoru Əbdül Əziz əl-Yəhyaya istinadən RİA "Novosti” məlumat yayıb.

O qeyd edib ki, Məkkəyə toplaşan zəvvarların ümumi sayından 49 min nəfəri yerüstü və su nəqliyyatından istifadə edib, digərləri müqəddəs şəhərə müntəzəm aviareyslərlə gəliblər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM