Məktəblərdən silah-sursatlar yığışdırılır - Azərbaycanda

14:32 | 21.08.2014
Məktəblərdən silah-sursatlar yığışdırılır - Azərbaycanda

Məktəblərdən silah-sursatlar yığışdırılır - Azərbaycanda

Bu proses daxili işlər nazirinin imzası ilə Təhsil Nazirliyinə daxil olan məktub əsasında həyata keçirilirAzərbaycanın ümumtəhsil məktəblərindən döyüşə yararlı hesab olunan silah-sursatlar yığışdırılır.Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, məktəblərdə bədbəxt hadisələrin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdə söhbət yalnız döyüşə yararlı hesab olunan silah-sursatdan gedir.

Onun sözlərinə görə, bu tədbirlər döyüş üçün heç bir təyinatı olmayan, təlim məqsədilə istifadə olunan silah-sursata aid edilmir: “Bununla bağlı daxili işlər nazirinin imzası ilə Təhsil Nazirliyinə məktub daxil olub. Həmin məktub əsasında Təhsil şöbələrinə məktub göndərilib, onlar da məktəblərdən döyüşə yararlı silah-sursatın yığışdırılması ilə bağlı yerli qurumlara göstəriş veriblər. Yerlərdə vəziyyətə baxılır, məktəblərdə döyüşə yararlı silah-sursat varsa, rayon Polis şöbələri Təhsil şöbələri ilə birlikdə akt tərtib edir və həmin silah-sursat götürülür”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM