Azercell-in dəstəyi ilə
şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər
Cari ilin sentyabr
ayında məktəblilərimiz informatika fənni üzrə iki beynəlxalq olimpiadada ölkəmizi
uğurla təmsil ediblər. Belə ki, 1-8 sentyabr 2024-cü il tarixlərində Misirin
İsgəndəriyyə şəhərində məktəblilərin 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI),
sentyabr ayının 8-12 aralığında isə Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində
dünyanın Birinci Beynəlxalq Süni İntellekt Olimpiadası (IAIO) baş tutub.
Beynəlxalq İnformatika
Olimpiadasına (IOI) qatılan Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin
10-cu sinif şagirdi Ayxan Dəmirli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat
və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev həvəsləndirici
mükafata layiq görülüblər. Dünyanın təxmini 90 ölkəsindən 350-yə yaxın
iştirakçının yarışdığı 2 günlük müsabiqədə şagirdlər hər gün 5 saat ərzində
3 alqoritmik məsələ həll edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
25 ölkənin qatıldığı Birinci
Beynəlxalq Süni İntellekt Olimpiadasında iştirak edən hər iki şagirdimiz Ayxan
Dəmirli və Fuad Qarayev gümüş medal qazanıblar. Elmi sınaqlardan keçmək üçün tələbələr
xüsusi olaraq yaradılmış platformadan istifadə edərək süni intellekt metodları
ilə problemlərin həllini tapan eksperimental testlər aparıblar.
2017-ci ildən etibarən
"Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı
çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu
müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli
müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma
olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb.
Məktəblilər arasında ən nüfuzlu proqramlaşdırma müsabiqəsi olan Beynəlxalq
İnformatika Olimpiadasında şagirdlərimiz ümumilikdə 13 (https://stats.ioinformatics.org/results/AZE) medala layiq
görülüblər ki, onların 8-i son 5 ildə əldə edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !