Məleykə Abbaszadə imtahan nəticələrini monitorinq edəcək

16:57 | 06.02.2015
Məleykə Abbaszadə imtahan nəticələrini monitorinq edəcək

Məleykə Abbaszadə imtahan nəticələrini monitorinq edəcək

Gələcəkdə buraxılış imtahanlarının nəticələrini yoxlamaq üçün monitorinqlər keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu tip monitorinqlər yalnız qapalı suallar deyil, o cümlədən yazılı işlərdə də olacaq.

"Bunun üçün bizə 10 000 müəllim lazımdır, amma əlimizdə olan pedaqoqların sayı isə cəmi 910 nəfər təşkil edir. Müəllim sayı artırıldıqdan sonra bu proses də sürətlənəcək," - deyə TQDK sədri biıdirib.

Məleykə Abbaszadənin sözlərinə görə, gələcəkdə liseylərdə də belə monitorinqlər keçirilə bilər.

"Biz çalışırıq ki, bu tip imtahanlarda, təkcə yaxşı deyil, zəif və orta səviyyəli şagirdlər də iştirak edə bilsinlər ki, monitorinqin nəticələri ədalətli ola bilsin.

Eyni zamanda monitorinqlərin nəticələri şagirdlərin taleyində həlledici rol oynamır, onları gələcək imtahanlara hazırlanması xarakteri daşıyır”, - deyə komissiya sədri deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM