Məleykə Abbaszadədən xəbərdarlıq: “Magistrlar, tələsin”

14:41 | 27.06.2014
Məleykə Abbaszadədən xəbərdarlıq: “Magistrlar, tələsin”

Məleykə Abbaszadədən xəbərdarlıq: “Magistrlar, tələsin”

“Magistratuya qəbul olunanların qeydiyyat prosesi başlayıb. Təəssüf ki, elə ali məktəblər var ki, sıfır faiz bakalavr qeydiyyatdan keçib”.
Modern.az-ın xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, magistraturaya qeydiyyat bitəndən sonra boş qalan yerlərə müsabiqə elan olunacaq: “Xahiş edirəm ki, bakalavrlar vaxtında qeydiyyatdan keçsinlər. Bu xüsusi ilə ödənişli təhsil alanlara aiddir. Bakı Dövlət Universitetinə 630 nəfər qəbul olunubsa, bunun cəmi 5 faizi qeydiyyatdan keçib. Texniki Universitetə isə cəmi 11 faiz bakalavr qeydiyyatdan keçib. Belə ki, bu universitetə 200 nəfər qəbul olunub, onun cəmi 26 nəfəri qeydiyyatdan keçib”.
Qeyd edək ki, bakalavrlar iyulun 10-a kimi qeydiyyatdan keçməlidirlər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM