Melkonyanın taborunda döyüşmüş erməni əsgəri məhv edildi

21:05 | 05.08.2014
Melkonyanın taborunda döyüşmüş erməni əsgəri məhv edildi

Melkonyanın taborunda döyüşmüş erməni əsgəri məhv edildi

Avqustun 4-də Murovdağda - Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər I Qarabağ müharibəsində erməni terrorçu, ASALA-nın liderlərindən olan Monte Melkonyanın taborunda döyüşüb.
 
APA-nın “news.am”  saytına istinadən verdiyi məlumata görə, öldürülmüş erməni hərbçi 1971-cil il təvəllüdlü Aram Qriqoryandır.
 
Ermənistanın Araqat vilayətindən olan A. Qriqoryan rəsmi məlumata görə ön xəttə 2 gün əvvəl çıxıb.
 
Qeyd edək ki, A. Qriqoryan ötən gün Kəlbəcər rayonunun ərazisindəki döyüş mövqelərində Azərbaycan snayperləri tərəfindən öldürülüb. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM