Müəllim öz dostunu poeziyaya görə öldürdü - Şok Hadisə

20:08 | 29.01.2014
Müəllim öz dostunu poeziyaya görə öldürdü - Şok Hadisə

Müəllim öz dostunu poeziyaya görə öldürdü - Şok Hadisə

Rusiyanın İrbit şəhərinin sakini dostunu inandıra bilməyib ki, poeziya nəsrdən daha vacibdir və buna görə də, onu ürəyindən bıçaqlayıb.

ANN.Az-ın "Utro.ru"ya istinadən verdiyi xəbərə görə, qətl hadisəsinin təfərrüatının nədən ibarət olduğunu öyrənən polislər heyrətə gəliblər. Məlum olub ki, qətl hadisəsinin baş verməsinə səbəb iki dost arasındakı ədəbiyyat mübahisəsi olub. 

Döş qəfəsindən bıçaq yarası almış 67 yaşlı kişinin meyiti qonşusu tərəfindən aşkarlanıb. Qonşu qadın deyib ki, mərhumla birlikdə onun dostu da yaşayırmış, ancaq o, son günlər gözə dəyməyib. Onun haqqında axtarış elan edilib və o birisi gün qonşu kəndlərdən birində tapılıb. Şübhəli şəxs qismində saxlanılan şəxsin keçmiş ədəbiyyat müəllimi olduğu məlum olub, o cinayəti törətdiyini etiraf edib. 

Polislərin suallarına cavab verən şəxs deyib ki, bir neçə gün əvvəl dostuyla mübahisəsi düşüb. "Sverdlov küçəsində 67 yaşlı tanışıyla bir evdə yaşayan şəxs tanışıyla spirtli içki içirmiş. İçki məclisi zamanı hansı ədəbi janrın daha yaxşı olması barədə mübahisə düşüb. Evin sahibi prozanı üstün tutub, onun məqalələrinin heç biri bir dəfə də olsun yerli qəzetdə çap olunmasa da, o nəsrin daha əhəmiyyətli olması fikrindən daşınmayıb. Keçmiş pedaqoq isə poeziyanı daha üstün qiymətləndirib. Dostuna şeiriyyatın daha vacib olduğuna inandıra bilməyən kişi onu döş qəfəsindən bıçaqlayıb", - hadisəni araşdıranlar bildirib. 

Qətli törədən şəxs haqqında cinayət işi başladılıb. Onu 15 il həbs cəzası gözləyir. 

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM