Müəllimlər İnstitutunun filialında oxuyan tələbələrə ŞAD XƏBƏR

14:22 | 26.02.2014
Müəllimlər İnstitutunun filialında oxuyan tələbələrə ŞAD XƏBƏR

Müəllimlər İnstitutunun filialında oxuyan tələbələrə ŞAD XƏBƏR

Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarında oxuyan tələbələrin təhsilini bu məktəblərdə davam etdirib-etdirməyəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.Trend-in məlumatına görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, həmin filiallara 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb. Ancaq buna baxmayaraq, bu filiallarda hazırda təhsil alan tələbələr təhsilini sonadək davam etdirəcəklər.AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan, alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənnlər üzrə dərslər də təşkil olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM