TEAS PRESS nəşriyyatı tərəfindən "Məmməd Əmin Rəsulzadə. Məktublar.
Şəfibəyçilik” toplusu nəşr
olunub. Oxuculara təqdim olunan bu topluda Azərbaycan
Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları, eləcə
də onun 1934-cü ildə Varşavada işıq üzü
görmüş "Şəfibəyçilik" adlı əsəri latın qrafikası ilə Azərbaycan
dilində ilk dəfə nəşr edilir.
Kitabın
"Məktublar" adlı birinci bölümündə M.Ə.Rəsulzadənin müxtəlif illərdə
Əlimərdan bəy Topçubaşova və Ceyhun bəy Hacıbəyliyə ünvanladığı məktublar
toplanıb. Həmin məktubların bir hissəsi Topçubaşovun Parisdə saxlanan şəxsi
arxivindən götürülüb. M.Ə.Rəsulzadənin Azərbaycan mühacirətinin digər nümayəndəsi
Şəfi bəy Rüstəmbəylinin 1933-cü ildə Varşavada nəşr edilmiş "Yıxılan bütlər" kitabına cavab olaraq
yazdığı "Şəfibəyçilik" əsəri isə həmin illərdə Azərbaycan siyasi mühacirəti daxilindəki münaqişə və fikir ayrılıqlarına həsr
olunub.
Kitabda yer alan bütün bu sənədlər həm Rəsulzadə
irsinin, həm də XX əsrin 20-30-cu illərində Azərbaycan siyasi mühacirəti
daxilində baş vermiş proseslərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb
edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !