MƏN: Möcüzə yaradan azərbaycanlı qız - ANN.TV

10:47 | 12.06.2015
MƏN: Möcüzə yaradan azərbaycanlı qız - ANN.TV

MƏN: Möcüzə yaradan azərbaycanlı qız - ANN.TV

Mümkünsüz heç nə yoxdur. Bu gənc qızın həyat tarixçəsini öyrənəndən sonra ilk formalaşmış rəy bundan ibarət olur. Təki, ümid ölməsin!

Samirə Salmanova 1981-ci ildə anadan olub. Amma ona qoyulan "serebral  iflic”  diaqnozu o deməkdir ki, yüksək səviyyədə eşitmə hissinə malik olsa da, bu qız nə danışa, nə də hərəkət edə bilməyəcək. 

Valideynləri onu müxtəlif xəstəxanalra aparsalar da, müxtəlif müalicələr tətbiq olunsa da, heç bir müsbət nəticə əldə olunmur. Amma bir gün baş verən təsadüfi hadisə bütün diqqəti bu qızın necə bir istedada malik olduğunu ortaya çıxarır. 

1987-ci ildə balaca qardaşının qara qələmini ayaq barmaqlarının arasına qoyan Samirə ağ vərəq üzərində rəsm çəkməyə başlayır. Bu, rəsm əsəri nəinki ailənin, həm də Samirənin özünün sevincinə, həyat eşqinin yaranmasına səbəb olur. Ördək və balaları təsvir edilən ilk rəsm əsəri sərgidə nümayiş olunur və türk vətəndaşı tərəfindən alınır. 

Samirənin uğurları çox olub və bu qızın hansı gözəlliklər yaratdığını ANN.TV-nin "MƏN” rubrikasında hazırlanan video-sujeti vasitəsilə baxa bilərsiniz.

Hazırladı: Aynur Məmmədova
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti