“Təəssüf ki, Azərbaycan torpaqlarını geri alacaq və Qarabağ erməniləri öz müstəqilliklərini itirəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni analitik Maykl Mensoyan çıxış edib. Analitik Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa razılıq verməsinin yanlış olduğunu deyib:
“Münaqişənin həllinə dair danışıqlar Azərbaycanın xeyrinə qərarın çıxarılması ilə nəticələnəcək. Çünki danışıqlar masasına gətirilən Madrid prinsipləri Ermənistanın və Dağlıq Qarabağın maraqlarına uyğun deyil. Artıq Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması iddiası öz təsdiqini tapmağa başlayır. Dünya münaqişənin sülh yolu ilə həll edilməsinin əhəmiyyətini vurğulayır. Bölgədə sülh əldə olunarsa, Dağlıq Qarabağda bizim silahlı qüvvələri beynəlxalq sülhməramlı qüvvələr əvəzləyəcək. Nəticədə Əliyev haqlı olaraq torpaqların qaytarılmasını və qələbəni bəyan edəcək. Bu an bizim edə biləcəyimiz bir şey qalmayacaq. Təəssüf ki, Azərbaycan torpaqlarını geri alacaq və Qarabağ erməniləri öz müstəqilliklərini itirəcəklər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !